Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 12 mart 2009 07:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Martın 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 3,38 dollar və ya 7,4% azalaraq 1 barelə görə 42,33 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, martın 11-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,56 dollar azalaraq 41,40 dollar təşkil edib.
Neftin ucuzlaşmasının əsas səbəbi kimi martın 11-də ABŞ-ın Enerji İnformasiya İdarəsinin ölkədə neft ehtiyatlarının artması barədə məlumatların açıqlanması qeyd edilməlidir. Belə ki, ötən həftə ərzində neft ehtiyatları 700 min barel artaraq 351,3 mln. barel, benzin ehtiyatları 3 mln. barel azalaraq 212,5 mln. barel, mazut və dizel yanacaq ehtiyatları isə 2,1 mln. artaraq 145,4 mln. barel təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR