Bank Of Baku

Dünya bazarında neft 11% bahalaşıb

Dünya bazarında neft 11% bahalaşıb
# 13 mart 2009 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Martın 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 4,70 dollar və ya 11,1% artaraq 1 barelə görə 47,03 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, martın 12-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 3,69 dollar azalaraq 45,09 dollar təşkil edib.
Neftin bahalaşmasına səbəb OPEC-in fevral ayında neft hasilatının azalma həcmlərini açıqlaması olub. Belə ki, fevralda OPEC üzvləri (İraqı istisna olmaqla) gündəlik neft hasilatını 900 min barel azaldıb. Bundan başqa, neft bazarının iştirakçıları martın 15-də keçiriləcək OPEC-in növbəti iclasında neft hasilatı kvotalarının yenidən azaldılacağını istisna etmir. Bu amillər nəticəsində neftin qiyməti kəskin bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR