Bank Of Baku

OPEC hasilat kvotalarını dəyişməyib, neftin ucuzlaşması davam edir

OPEC hasilat kvotalarını dəyişməyib, neftin ucuzlaşması davam edir
# 16 mart 2009 06:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Martın 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,78 dollar və ya 1,66% azalaraq 1 barelə görə 46,25 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, martın 13-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar azalaraq 44,93 dollar təşkil edib.
Neftin ucuzlaşması OPEC-in martın 15-də keçirilməsi nəzərdə tutulan iclası ərəfəsində baş verib, çünki iclas qabağı neft hasilatı kvotalarının azaldılmasına dair qərarın qəbul edilməsi ehtimalları bazar iştirakçıları tərəfindən ciddi qəbul olunmur.
Məlum olduğu kimi, həmin ehtimallar özünü doğruldub. Belə ki, martın 15-də keçirilən iclasda OPEC neft hasilatının azaldılmasına dair qərar qəbul etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR