Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq isə 0,4% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq isə 0,4% yüksəlib
# 16 mart 2009 07:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 7223,98 bəndədək, S&P 500 0,7% - 756,55 bəndədək, Nasdaq isə 0,4% - 1431,50 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ bazarında kotirovkaların yüksəlməsi martın 9-u istisna olmaqla bütün ötən həftə ərzində davam edib. Hesabat dövründə bazara bir sıra iri banklar tərəfindən müsbət xəbərlər, o cümlədən, ya mənfəətin olması, ya zərərin azalması barədə xəbərlər daxil olub. Nəticədə, maliyyə sektorunda şirkətlərin səhmləri bahalaşıb və bu da indekslərə müsbət təsir edib. Eyni zamanda, makroiqtisadi fon da kotirovkaların yüksəlməsinə səbəb olub. Belə ki, yanvarda qeydə alınan ABŞ-ın ticarət balansının kəsiri son 6 il ərzində ən minimal həddə çatıb və 36,03 mlrd. dollar təşkil edib ki, bu da öz növbəsində dekabrın göstəricisindən 9,7% azdır. Kəsirin formalaşması əsasən idxalın, o cümlədən neft idxalının azalması səbəbindən baş verib.
Avropa bazarlarında martın 13-də Britaniya FTSE 100 indeksi 1,1% - 3753,68 bəndədək, Fransa CAC-40-ı 0,4% - 2705,63 bəndədək yüksəlib, Almaniya DAX-ı isə 0,1% - 3953,60 bəndədək enib. Avropada kotirovkaların yüksəlməsi bazarda alışın satışı üstələməsi nəticəsində müşahidə olunub ki, o da səhm bazarında artıq tələbatın artımı ilə bağlıdır. Amerika fond bazarında artıq bir həftə ərzində həmin tendensiyaların qorunması səbəbindən analitiklər və investorlar əksər səhmlərin lazımi dərəcədə qiymətləndirilməməsi barədə düşünməyə vadar edir. Yaxın zamanlarda həmin tendensiyalar davam edərsə, fond bazarında böhranın artıq «dibə çatması» barədə danışmaq mümkün olacaq.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2904 (-0,07%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR