Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 53,144 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 53,144 mln. dollarlıq əqd bağlanıb
# 16 mart 2009 15:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8045 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8045 AZN/$1-ə bərabər olub. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 9 678 135 AZN təşkil edib, sessiyanın yekunlarına görə isə manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
SWAP_USD/AZN aləti üzrə 30 günlük əqdlər bağlanılıb. Əqdlərin həcmi 7,4 mln. dollar təşkil edib. Onların ortaölçülü məzənnəsi isə 0,8061 AZN/$1-ə bərabər olub.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 33 076 213 AZN, manatın orta məzənnəsi isə 0,8045 AZN/$1 təşkil edib.
SWAP_USD/AZN aləti üzrə 30 günlük əqdlər bağlanılıb. Əqdlərin həcmi 10 mln. dollar, ortaölçülü məzənnə isə 0,8061 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 53,144 mln. dollar və ya 42 754 348 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 2 530 667 dollar düşür. USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.
SWAP_USD/AZN aləti üzrə 30-günlük əqdlər bağlanılıb. Əqdlərin həcmi 17,4 mln. dollara, ortaölçülü məzənnəsi isə 0,8064 AZN/$1-ə bərabər olub.
Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,57%, ABŞ dolları üzrə isə illik 16,13% təşkil edib. Gün ərzində banklar arasında həcmi 4 mln. avro, müddəti 171 gün, illik faiz dərəcəsi isə 16,00% olan əqd qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR