Bank Of Baku

Neft bazarı OPEC-in qərarını nəzərə almayıb

Neft bazarı OPEC-in qərarını nəzərə almayıb
# 17 mart 2009 07:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Martın 16-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,10 dollar və ya 2,38% artaraq 1 barelə görə 47,35 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, martın 16-da ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,95 dollar azalaraq 43,98 dollar təşkil edib.
Maraqlıdır ki, neftin bahalaşması OPEC-in martın 15-də keçirilmiş iclasında neft hasilatının azaldılmaması barədə qərarın qəbul edilməsindən dərhal sonra baş verib. Beləliklə, bazar iştirakçıları OPEC-in bu qərarını nəzərə almayıb, halbuki adi şəraitdə bu cür amil, əksinə olaraq, neftin ucuzlaşmasına səbəb olur. Neftin qiymətinin yüksəlməsini yalnız martın 16-da Federal Ehtiyat Sistemin başçısı Ben Bernankenin iqtisadi böhranın 2009-cu ilin sonuna qədər səngiməyə başlayacağı barədə proqnozları ilə əlaqələndirmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR