Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,3%, Nasdaq isə 1,9% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,3%, Nasdaq isə 1,9% enib
# 17 mart 2009 08:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 7216,97 bəndədək, S&P 500 0,3% - 753,89 bəndədək, Nasdaq isə 1,9% - 1404,02 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ bazarında kotirovkaların enməsi fundamental xarakter daşımayıb, çünki bazara daxil olan bütün xəbər və amillər kotirovkaların yalnız yüksəlməsinə xidmət edirdi. Beləliklə, bir sıra maliyyə sektoru şirkətinin müsbət xəbərləri, FES-in başçısı Ben Bernankenin böhranın 2009-cu ilin sonuna qədər səngiməyə başlaması ehtimallarının mövcudluğu kotirovkaların yüksəlməsinə səbəb ola biləcəkdi, lakin səhmlərin bütün ötən həftə ərzində bahalaşması səbəbindən, investorlar artıq mənfəəti toplamağa başladığına görə, onların satışı alışı üstələyib və nəticədə qiymətlərin bir qədər düşməsi müşahidə olunub.
Avropa bazarlarında martın 16-da Britaniya FTSE 100 indeksi 2,9% - 3863,99 bəndədək, Fransa CAC-40-ı 3,2% - 2791,66 bəndədək, Almaniya DAX-ı isə 2,3% - 4044,54 bəndədək yüksəlib. Avropada kotirovkalarının yüksəlməsi əsasən maliyyə sektorunda müşahidə olunub. Belə ki, «Barclays» bankının səhmləri 22,7%, «Royal Bank of Scotland»ın səhmləri 4,6%, «Societe Generale»in səhmləri 10,6%, «Deutsche Bank»ın səhmləri 3,1%, HSBC-nin səhmləri 7,4%, «BNP Paribas»ın səhmləri 9,3%, «Banco Santander»in səhmləri 4% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3002 (+0,76%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR