Bank Of Baku

AGBI indeksi 1,0033, ANBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 1,0033, ANBDI indeksi isə 1,0001 təşkil edib
# 17 mart 2009 08:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0025 bənd və ya 0,25% artaraq 2009-cu ilin mart ayının 17-nə 1,0033 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi 0,0002 bənd və ya 0,02% azalaraq 1,0001 təşkil edib.
AGBI indeksinin artımı dövriyyəyə yeni istiqrazların buraxılması ilə bağlıdır. Belə ki, Azərbaycanda ilk dəfə olaraq 2-illik dövlət istiqrazları yerləşdirilib. Yerləşdirmənin həcmi 500 min manat təşkil edib və həmin miqdara bazarın kapitallaşması artıb. ANBDI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR