Bank Of Baku

Bu gün BFB-da Azərbaycan Milli Bankının 3 039,2 min manatlıq notları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Milli Bankının 3 039,2 min manatlıq notları yerləşdirilib
# 17 mart 2009 12:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50101121S seriyalı, ümumi həcmi 15 mln. manat, hərraca çıxarılan həcmi 10 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 29 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 3 039 200 manat təşkil edib. Sifarişlər 99,78% (gəlirlik 2,74%) – 99,79% (gəlirlik 2,61%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 99,78% (gəlirlik 2,745), orta ölçülmüş qiymət isə 99,79% (gəlirlik 2,61%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 3 039 200 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin aprelin 15-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR