Bank Of Baku

BFB-da 10101822S seriyalı 5 594,8 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10101822S seriyalı 5 594,8 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 18 mart 2009 06:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10101822S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 5 594 800 manat təşkil edib. Sifarişlər 99,71% (gəlirlik 3,03%) – 99,72% (gəlirlik 2,93%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətlər 99,71% (gəlirlik 3,03%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 594,8 min manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin aprelin 21-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR