Bank Of Baku

Dow Jones indeksi 2,5%, S&P 500 3,2%, Nasdaq isə 4,1% yüksəlib

Dow Jones indeksi 2,5%, S&P 500 3,2%, Nasdaq isə 4,1% yüksəlib
# 18 mart 2009 09:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 17-də Amerika fond bazarında Dow Jones indeksi 2,5% - 7395,70 bəndədək, S&P 500 3,2% - 778,12 bəndədək, Nasdaq isə 4,1% - 1462,11 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ bazarında kotirovkaların yüksəlməsi müsbət makroiqtisadi xəbərlər nəticəsində baş verib. O cümlədən, fevral ayında yeni tikilən evlərin sayı 22,2% artaraq 583 minə çatıb. Bu səbəbdən ölkənin tikinti şirkətləri və evlərin abadlaşdırması ilə məşğul olan şirkətlərin səhmləri orta hesabla 7-9% bahalaşıb. Bundan başqa, kotirovkaların yüksəlməsi maliyyə, İT və neft sahələrində müşahidə olunub. Belə ki, «J.P.Morgan»ın səhmləri 8,9%, «Citigroup»un səhmləri 7,7%, «Wells Fargo»nun səhmləri 7,1%, «Microsoft»un səhmləri 4%, «İntel»in səhmləri 4,56%, «Cisco Systems»in səhmləri 4,5%, «Apple»in səhmləri 4,4%, «ExxonMobil»in səhmləri 3,2%, «Chevron»un səhmləri 3,8%, «ConocoPhillips»in səhmləri 4,1% bahalaşıb.
Eyni zamanda, Avropa bazarlarında martın 17-də kotirovkaların enməsi müşahidə olunub. Belə ki, Britaniya FTSE 100 indeksi 0,2% - 3857,10 bəndədək, Fransa CAC-40-ı 0,9% - 2767,28 bəndədək, Almaniya DAX-ı isə 1,4% - 3987,77 bəndədək enib. Əsasən mədənçıxarma, poladtökmə, neft sahələrində müşahidə olunan enmə tendensiyalarının səbəbi mənfi korporativ xəbərlərin açıqlanması olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3025 (+0,17%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR