Bank Of Baku

Neftin qiyməti 3-aylıq maksimuma çatıb

Neftin qiyməti 3-aylıq maksimuma çatıb
# 18 mart 2009 09:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Martın 17-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,81 dollar və ya 3,82% artaraq 1 barelə görə 49,16 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, martın 17-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,78 dollar artaraq 48,24 dollar təşkil edib.
Qeyd edək ki, sonuncu dəfə 49 dollar qiyməti 3 ay bundan əvvəl müşahidə olunub. Neftin bahalaşması ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsi fonunda baş verib ki, həmin tendensiyalar o dərəcədə güclü olub ki, bazar iştirakçıları ABŞ-da ötən həftə ərzində neft ehtiyatlarının artacağı barədə proqnozlara məhəl qoymayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR