Bank Of Baku

AGBI indeksi 0,9682, ANBDI indeksi isə 0,7993 təşkil edib

AGBI indeksi 0,9682, ANBDI indeksi isə 0,7993 təşkil edib
# 18 mart 2009 09:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0351 bənd və ya 3,5% azalaraq 2009-cu ilin mart ayının 18-nə 0,9682 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi 0,2008 bənd və ya 20,08% azalaraq 0,7993 təşkil edib.
Martın 17-də 15 mln. manat miqdarında iki DQİ buraxılışı ödənilib və 5 594 800 manat miqdarında bir buraxılış yerləşdirilib. Nəticədə, DQİ-lər bazarının kapitallaşması 9 725 800 manat azalıb ki, bu da AGBI indeksinin azalmasında əksini tapıb.
Eyni zamanda, martın 17-də 8 313 400 manat miqdarında notların bir buraxılışı ödənilib və 3 039 200 manat miqdarında bir buraxılış yerləşdirilib. Nəticədə, not bazarının kapitallaşması 5 274 200 manat azalıb və bu, ANBDI indeksinin kəskin azalmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR