Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 2,1%, Nasdaq isə 2% yüksəlib

Dow Jones indeksi 1,2%, S&P 500 2,1%, Nasdaq isə 2% yüksəlib
# 19 mart 2009 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 18-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 7486,58 bəndədək, S&P 500 2,1% - 794,35 bəndədək, Nasdaq isə 2% - 1491,22 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ bazarında kotirovkaların yüksəlməsinə Federal Ehtiyat Sisteminin uzunmüddətli xəzinədarlıq istiqrazlarının geri alınması barədə bəyanatı səbəb olub. Belə ki, martın 18-də FES 300 mlrd. dollar məbləğində uzunmüddətli xəzinədarlıq istiqrazlarının geri alınması və bundan başqa kreditləşmə proqramlarını daha 750 mlrd. dollar artırılması barədə məlumat yayıb.
Avropa bazarlarında isə ardıcıl iki gün enmə tendensiyası müşahidə olunur. Belə ki, martın 18-də Britaniya FTSE 100 indeksi 1,35% - 3804,99 bəndədək, Fransa CAC-40-ı 0,25% - 2760,34 bəndədək, Almaniya DAX-ı isə 0,2% - 3996,32 bəndədək enib. Analitiklər Avropa bazarlarında kotirovkaların enməsini ötən həftə ərzində səhmlərin bahalaşmasından sonra investorlar tərəfindən mənfəətin toplanması və nəticədə, bazarda satışın üstünlük təşkil etməsi ilə əlaqələndirirlər.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3441 (+3,19%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR