Bank Of Baku

Dow Jones indeksi 1,9%, S&P 500 2%, Nasdaq isə 2,6% enib

Dow Jones indeksi 1,9%, S&P 500 2%, Nasdaq isə 2,6% enib
# 29 mart 2009 07:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 27-də Amerika fond bazarında Dow Jones indeksi 1,9% - 7776,18 bəndədək, S&P 500 2% - 815,94 bəndədək, Nasdaq isə 2,6% - 1545,20 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ bazarında kotirovkaların enməsi bəzi mənfi makroiqtisadi göstəricilərin təsiri və maliyyə sektoru şirkətlərinin səhmlərinin ucuzlaşması səbəbindən baş verib. Məsələn, «JPMorgan»ın səhmləri 5,8%, «Citigroup»un 6,8%, «Goldman Sachs»ın 3,5%, «Bank of Amerika»nın 3,2% ucuzlaşıb. Enmə tendensiyaları həmçinin İT sektorunda müşahidə olunub. Belə ki, «Microsoft»un səhmləri 3,7%, «İntel»in səhmləri isə 2,5% ucuzlaşıb.
Avropa bazarlarında martın 27-də Britaniya FTSE 100 indeksi 0,7% - 3898,85 bəndədək, Fransa CAC-40-ı 1,8% - 2840,62 bəndədək, Almaniya DAX-ı isə 1,3% - 4203,55 bəndədək enib. Avropada kotirovkaların enməsi əsasən mənfi korporativ xəbərlərin açıqlanması fonunda müşahidə olunub. Xüsusi ilə bunu, maliyyə sektoruna aid etmək olar. Nəticədə, UBS-in səhmləri 7,3%, «BNP Paribas», «Societe Generale», «Banco Santander» və «Credit Suisse»in səhmləri 1,1-7% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3556 (-0,39%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR