Bank Of Baku

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 29 mart 2009 07:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Martın 27-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,96 dollar və ya 3,61% azalaraq 1 barelə görə 52,38 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, martın 27-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,48 dollar azalaraq 51,98 dollar təşkil edib.
Müşahidəçilər neftin azalmasını dünya iqtisadiyyatında neftə olan tələbatın azalmasının davam etməsi ehtimalları ilə əlaqələndirirlər. Eyni zamanda, neft qiymətlərinin artıq təxminən bir həftə ərzində 50 dollardan yuxarı səviyyədə qalması birmənalı şəkildə müsbət amil kimi qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR