Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 8,5 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 8,5 mln. dollarlıq əqd bağlanıb
# 29 mart 2009 14:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8027 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8026 AZN/$1-ə bərabər olub. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb, sessiyanın yekunlarına görə isə manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 6 822 950 AZN, manatın orta məzənnəsi isə 0,8027 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 8,5 mln. dollar və ya 6 822 950 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 2 833 333 dollar düşür. USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.
SWAP_USD/AZN aləti üzrə 30 günlük əqdlər qeydə alınıb. Əqdlərin həcmi 2 mln. dollar, ortaölçülü məzənnə isə 0,8043 AZN/$1 təşkil edib.
Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,00%, ABŞ dolları üzrə isə illik 15,00% təşkil edib. Gün ərzində banklar arasında həcmi 1,3 mln. manat, müddəti 1 gün, illik faiz dərəcəsi isə 10,00% olan əqd qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR