Bank Of Baku

Bu gün BFB-da Maliyyə Nazirliyinin 10202022S seriyalı 6,067 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da Maliyyə Nazirliyinin 10202022S seriyalı 6,067 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 29 mart 2009 14:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10202022S saylı dövlət qeydiyyatından keçmiş dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investorun iştirakı ilə keçirilən hərracda sifarişin nominal üzrə məbləği 6 067 000 manat təşkil edib.
Sifariş 98,76% (gəlirlik 5,04%) qiyməti ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətlər emitent tərəfindən 98,76% (gəlirlik 5,04%) səviyyəsində müəyyən edilib.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 6 067 000 manat məbləğində müəyyən edilib. Bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin iyunun 28-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR