Bank Of Baku

Ötən həftə ərzində Dow Jones indeksi 6,8%, S&P 500 6,2%, Nasdaq isə 6% yüksəlib

Ötən həftə ərzində Dow Jones indeksi 6,8%, S&P 500 6,2%, Nasdaq isə 6% yüksəlib
# 30 mart 2009 09:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Ötən həftənin yekunlarına görə Amerika fond bazarında Dow Jones indeksi 6,8%, S&P 500 6,2%, Nasdaq isə 6% yüksəlib.
«APA-Economics» xəbər verdiyi kimi, ümumilikdə, ötən həftə Amerika fond bazarı üçün çox uğurlu olub. İqtisadi ekspertlər bunu investorlar arasında ABŞ-ın və dünya iqtisadiyyatının bərpasına dair nikbinliyin yaranması ilə əlaqələndirirlər. Eyni zamanda, bəzi mənfi makroiqtisadi göstəricilərin və korporativ xəbərlərin açıqlanması səbəbindən həftə sonu, yəni martın 27-də Amerika fond bazarında enmə tendensiyaları hökm sürüb. Belə ki, martın 27-də Dow Jones indeksi 1,9% - 7776,18 bəndədək, S&P 500 2% - 815,94 bəndədək, Nasdaq isə 2,6% - 1545,20 bəndədək enib.
Avropa bazarları üçün da ötən həftə uğurlu olsa da, indekslərin yüksəlmə miqyası bir qədər kiçik olub. Həftənin yekunlarına görə, Britaniya FTSE 100 indeksi 1,5%, Fransa CAC-40-ı 1,8%, Almaniya DAX-ı isə 3,3% yüksəlib. Qeyd edək ki, Avropa bazarlarında da həftə sonu indekslərin enməsi müşahidə olunub. Belə ki, martın 27-də Britaniya FTSE 100 indeksi 0,7% - 3898,85 bəndədək, Fransa CAC-40-ı 1,8% - 2840,62 bəndədək, Almaniya DAX-ı isə 1,3% - 4203,55 bəndədək enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3269 (-2,12%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR