Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 31 mart 2009 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Martın 30-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 3,97 dollar və ya 7,58% azalaraq 1 barelə görə 48,41 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, martın 30-da ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,48 dollar azalaraq 51,50 dollar təşkil edib.
Qeyd edək ki, neftin bu dərəcədə kəskin ucuzlaşması üçün hər hansı bir fundamental əsas olmasa da, martın 30-da ABŞ və Avropa fond bazarlarında indekslərin enməsi neft bazarı iştirakçıları üçün mənfi siqnal olub. Eyni zamanda, hazırkı qiymət ötən ilin sonu –bu ilin əvvəlində müşahidə olunan qiymətdən (35-37 dollar) nəzərə çarpan dərəcədə yüksəkdir. Hətta Fars körfəzi ölkələrinin rəsmiləri bəyan ediblər ki, indiki qiymətlər bu dövlətləri tam qane edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR