Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 33,51 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 33,51 mln. dollarlıq əqd bağlanıb
# 31 mart 2009 14:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8028 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8028 AZN/$1-ə bərabər olub. USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 8 557 848 AZN təşkil edib, sessiyanın yekunlarına görə isə manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
SWAP_USD/AZN aləti üzrə 30 günlük əqdlər bağlanılıb. Əqdlərin həcmi 4 mln. dollar, ortaölçülü məzənnəsi isə 0,8044 AZN/$1-ə bərabər olub.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 18 343 980 AZN, manatın orta məzənnəsi isə 0,8028 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 33,51 mln. dollar və ya 26 901 828 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1 861 667 dollar düşür. USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.
SWAP_USD/AZN aləti üzrə 30 günlük əqdlər qeydə alınıb. Əqdlərin həcmi 2 mln. dollar, ortaölçülü məzənnəsi isə 0,8043 AZN/$1 təşkil edib.
Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,88%, ABŞ dolları üzrə isə illik 16,38% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR