Bank Of Baku

Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 01 aprel 2009 07:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Martın 31-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,25 dollar və ya 2,58% artaraq 1 barelə görə 49,66 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, martın 31-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,24 dollar artaraq 49,23 dollar təşkil edib.
Qeyd edək ki, neftin bahalaşması ABŞ-da neft və neft ehtiyatlarının artması fonunda baş verib, bu da böhran şəraitdə neft bazarında qiymətlərin dinamikasının qeyri-müəyyənliyini göstərir. Belə ki, Amerika Neft İnstitutunun (APİ) ötən həftə ABŞ-da xam neft ehtiyatlarının 3,276 mln. barel artaraq 357,794 mln. barelə, benzin ehtiyatlarının 451 min barel azalaraq 215,596 mln. barelə, mazut və dizel yanacağı ehtiyatlarının isə 1,776 mln. barel artaraq 144,502 mln. barelə çatdığını açıqlayıb. Adətən, neft ehtiyatlarının artması barədə məlumatlar fonunda neftin qiyməti düşür, lakin göründüyü kimi, hazırda vəziyyət tam əks istiqamətdə inkişaf edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR