Bank Of Baku

Dow Jones indeksi 1%, S&P 500 1,2%, Nasdaq isə 1,8% yüksəlib

Dow Jones indeksi 1%, S&P 500 1,2%, Nasdaq isə 1,8% yüksəlib
# 01 aprel 2009 07:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Martın 31-də Amerika fond bazarında Dow Jones indeksi 1% - 7598,88 bəndədək, S&P 500 1,2% - 797,24 bəndədək, Nasdaq isə 1,8% - 1528,59 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında «Bank of Amerikan»ın səhmləri 13,1%, «Wells Fargo»nun 6,5%, «General Electric»in 1,8%, «Microsoft»un 5,1%, «Sun Microsystems»in səhmləri isə 1,1% bahalaşıb.
Avropa bazarlarında martın 31-də Britaniya FTSE 100 indeksi 4,3% - 3926,14 bəndədək, Fransa CAC-40-ı 3,2% - 2807,34 bəndədək, Almaniya DAX-ı isə 2,4% - 4084,76 bəndədək yüksəlib. Avropa fond bazarlarında yüksəlmə tendensiyaları əsasən bir neçə iri şirkətin, məsələn, Böyük Britaniyanın ən iri geyim ticarəti şəbəkəsi olan «Marks&Spencer Group» şirkətinin gözlənilməz müsbət hesabatlarının açıqlanması səbəbindən baş verib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3205 (-0,01%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR