Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 38,594 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 38,594 mln. dollarlıq əqd bağlanıb
# 01 aprel 2009 14:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8029 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8028 AZN/$1-ə bərabər olub. USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 3 693 340 AZN, manatın orta məzənnəsi isə 0,8029 AZN/$1 təşkil edib.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 27 293 783 AZN, manatın orta məzənnəsi isə 0,8029 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 38,594 mln. dollar və ya 30 987 123 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1 678 000 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.
Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,94%, ABŞ dolları üzrə isə illik 16,44% təşkil edib. Gün ərzində banklar arasında həcmləri 1 mln. AZN və 3 mln. dollar, hər ikisinin müddəti 91 gün, illik faiz dərəcələri isə 16,00% və 15,00% olan 2 əqd qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR