Bank Of Baku

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 02 aprel 2009 07:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 1-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,27 dollar və ya 2,56% azalaraq 1 barelə görə 48,39 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, aprelin 1-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,79 dollar azalaraq 48,44 dollar təşkil edib.
Qeyd edək ki, son günlər neft bazarında müəyyən dərəcədə izah olunmayan tendensiyalar müşahidə olunur. Məsələn, martın 31-də ABŞ-da neft ehtiyatların artması barədə məlumatdan sonra qiymət, adətən olduğu kimi, düşməkdənsə artıb. Aprelin 1-də isə ABŞ və Avropa fond bazarlarında indekslərin yüksəlməsi fonunda isə neftin qiyməti aşağı düşüb, halbuki bazarda enməyə səbəb olan hər hansı mikro-iqtisadi amil və ya göstəricilər mövcud deyil.
Xatırladaq ki, aprelin 1-də Dow Jones indeksi 2%, S&P 500 1,7%, Nasdaq isə 1,5% yüksəlib. Avropa bazarlarında isə aprelin 1-də indekslər orta hesabla 1,1% yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR