Bank Of Baku

Dow Jones indeksi 2%, S&P 500 1,7%, Nasdaq isə 1,5% yüksəlib

Dow Jones indeksi 2%, S&P 500 1,7%, Nasdaq isə 1,5% yüksəlib
# 02 aprel 2009 08:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 1-də Amerika fond bazarında Dow Jones indeksi 2% - 7761,60 bəndədək, S&P 500 1,7% - 811,08 bəndədək, Nasdaq isə 1,5% - 1551,60 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, analitiklər ABŞ-ın fond bazarında indekslərin yüksəlməsini ABŞ-da daşınmaz əmlak bazarı üzrə müsbət statistikanın aşıqlanması ilə əlaqələndirirlər. Belə ki, fevral ayında ölkədə daşınmaz əmlakla əqdlərin sayı 2,1% artıb. Lakin qeyd etmək lazımdır ki, aprelin 2-də nəzərdə tutulan G-20-nin ölkə başçıların görüşdən hər hansı müsbət nəticələrin gözlənilmələri amili də öz rolunu oynayıb.
ABŞ bazarında «Bank of Amerikan»ın səhmləri 3,4%, «Wells Fargo»nun səhmləri 1,7%, «Citigroup»un səhmləri 5,9% bahalaşıb.
Avropa bazarlarında isə aprelin 1-də Britaniya FTSE 100 indeksi 0,8% - 3955,61 bəndədək, Fransa CAC-40-ı 1,15% - 2839,61 bəndədək, Almaniya DAX-ı isə 1,1% - 4131,07 bəndədək yüksəlib.
Avropa fond bazarlarında Hollandiya ING maliyyə qrupun səhmləri 8,4%, «Credit Suisse»in səhmləri 5,9%, «BNP Paribas»ın səhmləri 5,5%, Avstriya sığorta şirkəti «Vienna Insurance»ın səhmləri 13,3%, İspaniya tikinti şirkəti «Sacyr Vallehermoso»nun səhmləri 7,4%, İrlandiyanın «CRH» tikinti materialları istehsalı şirkətinin səhmləri 7,2%, Böyük Britaniyanın «Vodafone» şirkətinin səhmləri 4,4% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3281 (+0,58%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR