Bank Of Baku

Neftin qiyməti 9% artıb

Neftin qiyməti 9% artıb
# 03 aprel 2009 06:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 2-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 4,25 dollar və ya 8,78% artaraq 1 barelə görə 52,64 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, aprelin 2-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 4,31 dollar azalaraq 52,75 dollar təşkil edib.
Neftin qiymətinin artmasını Londonda keçirilmiş G-20-nin sammitində qəbul edilən qərarların dünya iqtisadiyyatına gözlənilən müsbət, bərpaedici təsirlə əlaqələndirmək olar. Müşahidə olunmuş 9%-lik artım son üç həftə ərzində ən iri gündəlik qiymət artımıdır. Neftin bahalaşmasına müəyyən dərəcədə dolların avroya qarşı ucuzlaşması da dəstək olub. Qeyd edək ki, aprelin 2-də dollar 1,3% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR