Bank Of Baku

Neftin qiyməti bir qədər də ucuzlaşıb

Neftin qiyməti bir qədər də ucuzlaşıb
# 06 aprel 2009 07:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Aprelin 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,13 dollar və ya 0,25% azalaraq 1 barelə görə 52,51 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, aprelin 3-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,72 dollar artaraq 53,47 dollar təşkil edib.
Aprelin 3-də neft bazarına əsasən ABŞ-dakı makroiqtisadi statistika təsir edib. Belə ki, ABŞ-ın Əmək Nazirliyinin məlumatına görə, ölkə iqtisadiyyatında çalışanların sayı (aqrar sahə istisna olmaqla) cari ilin mart ayında 663 min nəfər azalıb ki, bu da analitiklərin proqnozlarından 13 min nəfər çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR