Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,8%, Nasdaq isə 0,9% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,8%, Nasdaq isə 0,9% enib
# 07 aprel 2009 08:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 7975,85 bəndədək, S&P 500 0,8% - 835,48 bəndədək, Nasdaq isə 0,9% - 1606,71 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların enməsi korporativ xəbərlərin açıqlanması ilə əlaqələndirilir ki, müxtəlif şirkətlərin müəyyən mənfi və ya müsbət hesabat və xəbərlərin həmin şirkətlərin səhmlərinin müvafiq olaraq ucuzlaşması və ya bahalaşmasına səbəb olub. Məsələn, «Bank of Amerikan»ın səhmləri 1,6%, «Citigroup»un səhmləri 4,7%, «İntel»in səhmləri 0,6% enib, eyni zamanda «Ford»un səhmləri 16%, «Microsoft»un səhmləri 0,1% bahalaşıb.
Avropa bazarlarında aprelin 6-da Britaniya FTSE 100 indeksi 0,9% - 3993,54 bəndədək, Fransa CAC-40-ı 1% - 2929,75 bəndədək, Almaniya DAX-ı isə 0,1% - 4349,81 bəndədək enib. Avropa bazarlarında enmə tendensiyalar əsasən bank və maliyyə sahəsindən mənfi göstəricilərə görə baş verib. Nəticədə, Fransanın ən iri sığortaçılarından biri olan AXA-nın səhmləri 7,6%, «Credit Suisse»in səhmləri 5,3%, «BNP Paribas»ın səhmləri 3,1% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3347 (-1,33%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR