Bank Of Baku

Neftin qiyməti 51 dollara düşüb

Neftin qiyməti 51 dollara düşüb
# 07 aprel 2009 08:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,46 dollar və ya 2,78% azalaraq 1 barelə görə 51,05 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, aprelin 6-da ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,23 dollar azalaraq 52,24 dollar təşkil edib.
Analitiklərin fikrincə, hazırda neft bazarında gözləmə tendensiyaları müşahidə olunur: G-20 sammitində qəbul olunmuş qərarlara üzv ölkələrin riayət etməsi, ölkə hökumətlərinin addım və iqtisadiyyatın bərpasına yönəldilən tədbirləri həm neft, həm də fond bazarlarındakı cari vəziyyətə əhəmiyyətli dərəcədə təsir göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR