Bank Of Baku

BFB-da 10102222S seriyalı 18 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10102222S seriyalı 18 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 08 aprel 2009 06:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10502222S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 5 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 19 171 200 manat təşkil edib. Sifarişlər 99,71% (gəlirlik 3,03) – 99,76% (gəlirlik 2,51%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,71% (gəlirlik 3,03%), orta ölçülmüş qiyməti isə 99,72% (gəlirlik 2,93%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 2 665 800 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 18 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin mayın 12-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR