Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 08 aprel 2009 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 7-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,90 dollar və ya 3,72% azalaraq 1 barelə görə 49,15 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, aprelin 7-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,02 dollar azalaraq 51,22 dollar təşkil edib.
Aprelin 6-da müşahidə olunmuş ucuzlaşmanı nəzərə alsaq, bu həftə neft bazarı üçün uğursuz başlayıb. Qiymətin enməsi dünyada neftə olan tələbatın hələ də bərpa olunmaması proqnozları ilə bağlıdır. Bundan əlavə, neftin ucuzlaşmasına dolların avroya qarşı möhkəmlənməsi də öz rolunu oynayıb. Ötən həftə ərzində isə müşahidə olunmuş artım investorlar tərəfindən yaxın zamanlarda maliyyə sisteminin sabitləşməsi üzrə əlamətlərin «görünməsi» ilə əlaqələndirilir, lakin hələlik bu əlamətlər real faktlarda öz əksini tapmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR