Bank Of Baku

AGBI indeksi 1,1779, ANBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 1,1779, ANBDI indeksi isə 1,0001 təşkil edib
# 08 aprel 2009 07:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,1776 və ya 17,76% artaraq 2009-cu ilin aprel ayının 8-nə 1,1779 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi dəyişməz qalaraq 2009-cu ilin aprel ayının 7-nə 1,0001 təşkil edib.
AGBI indeksinin artması DQİ bazarının kapitallaşmasının genişlənməsi ilə əlaqəlidir. Belə ki, aprelin 7-də 18 mln. manat və 3 mln. manat həcmində iki DQİ buraxılışı yerləşdirilib. Nəticədə, bazarın kapitallaşması 21 mln. manat artıb və bu, indeksin yüksəlməsində əks olunub. ANBDI indeksinin dəyişməməsi isə notlar üzrə ilkin bazarda aprelin 7-də heç bir əməliyyatın aparılmaması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR