Bank Of Baku

Bu gün BFB-da Azərbaycan Milli Bankının 5 mln. manatlıq notları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Milli Bankının 5 mln. manatlıq notları yerləşdirilib
# 08 aprel 2009 12:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50101321S seriyalı, ümumi həcmi 5 mln. manat, hərraca çıxarılan həcmi 5 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 9 017 600 manat təşkil edib. Sifarişlər 99,81% (gəlirlik 2,45%) – 99,84% (gəlirlik 2,06%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 99,82% (gəlirlik 2,32%), orta ölçülmüş qiymət isə 99,83% (gəlirlik 2,19%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 997 600 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 5 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin mayın 6-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR