Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 1,2%, Nasdaq isə 1,9% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 1,2%, Nasdaq isə 1,9% yüksəlib
# 09 aprel 2009 07:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 7837,11 bəndədək, S&P 500 1,2% - 825,15 bəndədək, Nasdaq isə 1,9% - 1590,66 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, kotirovkaların yüksəlməsinə əsasən korporativ xəbərlər və ABŞ hökumətinin həyat sığortası ilə məşğul olan şirkətlərin maliyyə dəstəyi üçün müraciətlərə baxılmasına qəbul edilməsi barədə bəyanat müsbət təsir edib. Lakin bu amillər də səhmlərin qiymətlərinin müxtəlif istiqamətlərə dəyişməsinə mane olmayıb. Aprelin 8-də «Bank of Amerikan»ın səhmləri 4,1%, «Citigroup»un səhmləri 2,2%, «İntel»in səhmləri 1,2% ucuzlaşıb, «Ford»un səhmləri 13,2%, «Microsoft»un səhmləri isə 2,3% bahalaşıb.
Avropa bazarlarında aprelin 8-də Britaniya FTSE 100 indeksi 0,1% - 3925,52 bəndədək enib, Fransa CAC-40-ı 0,7% - 2921,06 bəndədək, Almaniya DAX-ı isə 0,8% - 4357,92 bəndədək yüksəlib. Avropa bazarlarında «Standard Chartered Bank»ın səhmləri 2,3%, «Societe Generale»ın səhmləri 2,2% düşüb. «Credit Agricole»un səhmləri 8,7%, «Daimler»in səhmləri 7,9%, BMW-nin səhmləri 6,2%, «Peugeot Citroen»in səhmləri isə 6,4% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3266 (+0,42%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR