Bank Of Baku

Neft bir qədər bahalaşıb

Neft bir qədər bahalaşıb
# 09 aprel 2009 07:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 8-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,23 dollar və ya 0,47% artaraq 1 barelə görə 49,38 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, aprelin 8-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,37 dollar azalaraq 51,59 dollar təşkil edib.
Neftin bahalaşmasını Amerika və Avropa fond bazarlarında indekslərin kiçik miqdarda yüksəlməsi ilə əlaqələndirmək olar, çünki birbaşa neft bazarına hər hansı bir təsir edən amil hazırda mövcud deyil. O cümlədən, makroiqtisadi amillər, neft ixracatçıları tərəfindən hər hansı bir təsiredici bəyanatlar və s. kimi xəbərlər son vaxtlar səslənmir və bazara bu cür amillərin təsiri yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR