Bank Of Baku

AGBI indeksi 1,0002, ANBDI indeksi isə 0,9994 təşkil edib

AGBI indeksi 1,0002, ANBDI indeksi isə 0,9994 təşkil edib
# 09 aprel 2009 12:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,1777 və ya 15,09% azalaraq 2009-cu ilin aprel ayının 9-na 1,0002 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi isə 0,0007 bənd və ya 0,07% azalaraq 0,9994 təşkil edib.
Aprelin 8-də 5 mln. manat həcmində bir not buraxılışı dövriyyədən çıxarılıb, əvəzində digər not buraxılışı yerləşdirilib. Baxmayaraq ki, yeni buraxılışın da həcmi 5 mln. manatdır və bazarın nominal üzrə kapitallaşması dəyişməz qalıb, cari qiymətlə hesablanan kapitallaşma bir qədər enib, bu da ANBDI indeksinin azalmasında əksini tapıb. AGBI indeksinin azalması ilə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR