Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 1,157 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 1,157 mln. dollarlıq əqd bağlanıb
# 09 aprel 2009 14:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8030 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8031 AZN/$1-ə bərabər olub. USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 921 041 AZN, sessiyanın yekunlarına görə isə manatın orta məzənnəsi dollara nisbətən 0,8030 AZN təşkil edib.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 8 031 AZN, manatın orta məzənnəsi isə 0,8031 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 1,157 mln. dollar və ya 929 072 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 289 250 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.
Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,94%, ABŞ dolları üzrə isə illik 16,28% təşkil edib. Gün ərzində banklar arasında həci 3 mln. dollar, müddəti 90 gün, illik faiz dərəcəsi isə 15,00% olan əqd qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR