Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 86 min dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 86 min dollarlıq əqd bağlanıb
# 10 aprel 2009 14:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8032 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8030 AZN/$1-ə bərabər olub. USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 17 670 AZN, sessiyanın yekunlarına görə isə manatın orta məzənnəsi dollara nisbətən 0,8032 AZN təşkil edib.
SWAP_USD/AZN aləti üzrə 30 günlük əqdlər bağlanılıb. Əqdlərin həcmi 20 mln. dollara, ortaölçülü məzənnəsi isə 1 USD üçün 0,8048 AZN-ə bərabər olub.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 51 404 AZN, manatın orta məzənnəsi isə 0,8032 AZN/$1 təşkil edib.
SWAP_USD/AZN aləti üzrə 30 günlük əqdlər bağlanılıb. Əqdlərin həcmi 6 mln. dollara, ortaölçülü məzənnəsi isə 1 USD üçün 0,8048 AZN-ə bərabər olub.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 86 min dollar və ya 69 075 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 43 min dollar düşür.
SWAP_USD/AZN aləti üzrə 30 günlük əqdlər bağlanılıb. Əqdlərin həcmi 26 mln. dollara, ortaölçülü məzənnəsi isə 1 USD üçün 0,8048 AZN-ə bərabər olub.
USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.
Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,88%, ABŞ dolları üzrə isə illik 16,38% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR