Bank Of Baku

Neftin qiyməti 50 dollara düşüb

Neftin qiyməti 50 dollara düşüb
# 14 aprel 2009 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 2,19 dollar və ya 4,2% azalaraq 1 barelə görə 50,05 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, aprelin 13-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,92 dollar azalaraq 52,14 dollar təşkil edib.
Qeyd edək ki, son vaxtlar neft bazarında qiymətlərə təsir edə biləcək hər hansı fundamental və ya cari amillər mövcud olmayıb. Eyni zamanda, artıq ikinci həftədir ki, neftin qiyməti 50 dollar ətrafında dəyişir və bununla belə həmin qiymətin hazırda bazar iştirakçıları tərəfindən real hesab olunduğunu qeyd etmək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR