Bank Of Baku

Dow Jones indeksi 0,3% enib, S&P 500 0,2%, Nasdaq isə 0,05% yüksəlib

Dow Jones indeksi 0,3% enib, S&P 500 0,2%, Nasdaq isə 0,05% yüksəlib
# 14 aprel 2009 06:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 8057,81 bəndədək enib, S&P 500 0,2% - 858,73 bəndədək, Nasdaq isə 0,05% - 1653,31 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, analitiklərin fikrincə, ABŞ-ın fond bazarında kotirovkaların nəzərə çarpan dərəcədə enməsinə maliyyə şirkətlərinin səhmlərinin yüksəlməsi imkan verməyib. Belə ki, bank və maliyyə qurumları barədə son zamanlar müsbət xəbərlər nəticəsində səhmlərin bahalaşması bazara dəstək olur. Aprelin 13-də «Citigroup»un səhmləri 24,5%, «Goldman Sachs»ın səhmləri 4,6% bahalaşıb. Həmçinin, korporativ xəbərlər nəticəsində «Yahoo» internet şirkətinin səhmləri 7% bahalaşıb.
Avropa bazarlarında Pasxa Bayramı ilə əlaqədar aprelin 13-də ticarət keçirilməyib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3334 (+1,56%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR