Bank Of Baku

ABŞ-da neft ehtiyatlarının artması fonunda neft ucuzlaşıb

ABŞ-da neft ehtiyatlarının artması fonunda neft ucuzlaşıb
# 15 aprel 2009 06:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,64 dollar və ya 1,3% azalaraq 1 barelə görə 49,41 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, aprelin 14-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,18 dollar azalaraq 51,96 dollar təşkil edib.
Neftin ucuzlaşmasına səbəb olan əsas amil ABŞ-da ötən həftə neft ehtiyatlarının artması barədə məlumatlar olub. Belə ki, Amerika Neft İnstitutunun hesablamalarına görə, aprelin 3-dən 10-dək neft ehtiyatları 6,5 mln. barel, mazut və dizel yanacağı ehtiyatları 87 min barel artıb, benzin ehtiyatları isə 613 min barel azalıb. Nəticədə, ABŞ-ın neft ehtiyatları 371,247 mln. barel, benzin ehtiyatları 318,442 mln. barel, mazut və dizel yanacağı ehtiyatları 142,323 mln. barel təşkil edib. Qeyd edək ki, eyni zamanda xam neftin gündəlik idxalı 811 min barel azalaraq 8,433 mln. barelə düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR