Bank Of Baku

Dow Jones indeksi 1,7%, S&P 500 2%, Nasdaq isə 1,67% enib

Dow Jones indeksi 1,7%, S&P 500 2%, Nasdaq isə 1,67% enib
# 15 aprel 2009 07:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 14-də Amerika fond bazarında Dow Jones indeksi 1,7% - 7920,18 bəndədək, S&P 500 2% - 841,50 bəndədək, Nasdaq isə 1,67% - 1625,72 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarının iştirakçıları tərəfindən aprelin 14-də Barak Obamanın ölkə iqtisadiyyatı barədə bəyanatlarını birmənalı qarşılamayıb. Xatırladaq ki, B.Obama ölkədə böhrana qarşı həyata keçirilən tədbirlər nəticəsində iqtisadi irəliləmə əlamətlərinin göründüyünü vurğulasa da, eyni zamanda cari ilin çox çətin olduğunu, iş yerlərinin bağlandığını, girov qoyulmuş əmlakın kreditorların sərəncamına keçdiyini və sair mənfi hadisələrin mümkünlüyünü qeyd edib. Nəticədə, ABŞ-ın əsas indeksləri enib.
Avropa bazarlarında aprelin 14-də Britaniya FTSE 100 indeksi 0,13% - 3988,99 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3000,22 bəndədək, Almaniya DAX-ı isə 1,5% - 4557,01 bəndədək yüksəlib. Avropa bazarlarında kotirovkaların yüksəlməsi də əsasən bank sahəsində müşahidə olunub. Belə ki, «Barclays»ın səhmləri 10,1%, «Lloyds Banking»in səhmləri 10,6%, «Deutsche Bank»ın səhmləri 1,5%, «Commerzbank»ın səhmləri 13,4%, UBS-in səhmləri 15,4% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3238 (-0,72%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR