Bank Of Baku

BFB-da Azərbaycan Milli Bankın 5 mln. manat həcmində not emissiyası yerləşdirilib

BFB-da Azərbaycan Milli Bankın 5 mln. manat həcmində not emissiyası yerləşdirilib
# 15 aprel 2009 12:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankın (AMB) 50101421S seriyalı, ümumi həcmi və hərraca çıxarılan həcmi 5 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investorun iştirakı ilə keçirilən hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 8 736,4 min manat təşkil edib. Sifarişlər 99,78% (gəlirlik 2,83%) – 99,82% (gəlirlik 2,32%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 99,79% (gəlirlik 2,71%), orta ölçülmüş qiymət isə 99,80% (gəlirlik 2,58%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 617,4 min manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 5 mln. manat məbləğində müəyyən olunub.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən mayın 13-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR