Bank Of Baku

Dow Jones indeksi 1,4%, S&P 500 1,25%, Nasdaq isə 0,1% yüksəlib

Dow Jones indeksi 1,4%, S&P 500 1,25%, Nasdaq isə 0,1% yüksəlib
# 16 aprel 2009 09:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 15-də Amerika fond bazarında Dow Jones indeksi 1,4% - 8029,62 bəndədək, S&P 500 1,25% - 852,06 bəndədək, Nasdaq isə 0,1% - 1626,8 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, aprelin 15-də ABŞ-ın fond bazarına əsasən korporativ xəbərlər təsir edib ki, nəticədə bir sıra şirkətin səhmləri bahalaşıb, digərlərinin isə ucuzlaşıb və günün yekunlarına görə, indekslər az da olsa yüksəlib.
Oxşar hadisələr Avropa bazarlarında da müşahidə olunub. Belə ki, aprelin 15-də Britaniya FTSE 100 indeksi 0,5% - 3968,40 bəndədək, Fransa CAC-40-ı 0,5% - 2985,74 bəndədək, Almaniya DAX-ı isə 0,2% - 4549,79 bəndədək enib. Avropa bazarlarında kotirovkaların enməsi əsasən mədənçıxarma şirkətlərinin səhmləri üzrə müşahidə olunub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3216 (-0,02%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR