Bank Of Baku

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 16 aprel 2009 09:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 15-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,16 dollar və ya 0,3% azalaraq 1 barelə görə 49,25 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, aprelin 15-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar azalaraq 51,79 dollar təşkil edib.
Aprelin 15-də ABŞ-da neft və neft məhsulları ehtiyatları üzrə rəsmi həftəlik statistik göstəricilər açıqlanıb ki, bu da neftin ucuzlaşmasına səbəb olub. Belə ki, Enerji İnformasiya İdarəsinin məlumatlarına görə, ötən həftə ərzində ABŞ-da neft ehtiyatları 5,6 mln. barel artaraq 366,7 mln. barelə çatıb. Eyni zamanda, benzin ehtiyatları 900 min barel artaraq 216,5 mln. barelə, mazut və dizel yanacağı ehtiyatları isə 1,2 mln. barel artaraq 139,6 mln. barelə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR