Bank Of Baku

AGBI indeksi 1,0002, ANBDI indeksi isə 1,1498 təşkil edib

AGBI indeksi 1,0002, ANBDI indeksi isə 1,1498 təşkil edib
# 16 aprel 2009 09:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0178 bənd və ya 1,75% azalaraq 2009-cu ilin aprel ayının 16-nə 1,0002 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi 0,1497 və ya 14,97% artaraq 1,1498 təşkil edib.
Aprelin 15-də 3 039 200 manat həcmində olan notlar buraxılışı dövriyyədən çıxarılıb və yeni yerləşdirmə keçirilib. Yerləşdirmənin həcmi 5 mln. manat olmaqla, not bazarının kapitallaşma səviyyəsi 1 960 800 manat artıb ki, bu da ANBDI indeksinin artmasında əksini tapıb. AGBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR