Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 1,3 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 1,3 mln. dollarlıq əqd bağlanıb
# 16 aprel 2009 15:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8018 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8018 AZN/$1-ə bərabər olub. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb, sessiyanın yekunlarına görə isə manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 1 044 160 AZN, manatın orta məzənnəsi isə 0,8018 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 1,3 mln. dollar və ya 1 044 160 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1,3 mln. dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.
Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,94%, ABŞ dolları üzrə isə illik 16,44% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR