Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 1,5%, Nasdaq isə 2,6% yüksəlib

Dow Jones indeksi 1,2%, S&P 500 1,5%, Nasdaq isə 2,6% yüksəlib
# 17 aprel 2009 09:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Aprelin 16-da Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 8125,43 bəndədək, S&P 500 1,5% - 865,30 bəndədək, Nasdaq isə 2,6% - 1670,44 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsi korporativ xəbərlərin açıqlanması nəticəsində baş verib. O cümlədən, “JPMorgan” bankın, “Nokia”nın müsbət rüblük hesabatlarını qeyd etmək olar. Nəticədə, “JPMorgan” bankın səhmləri 2,2%, “Citigroup”un səhmləri 1,5%, “Nokia”nın səhmləri 11,3%, “İntel”in səhmləri 1,7%, “Microsoft”un səhmləri isə 4,9% bahalaşıb.

Həmin hesabatlar Avropa bazarlarına da müsbət təsir edib. Belə ki, aprelin 16-da Britaniya FTSE 100 indeksi 2,3% - 4052,98 bəndədək, Fransa CAC-40-ı 1,8% - 3038,18 bəndədək, Almaniya DAX-ı isə 1,3% - 4609,46 bəndədək yüksəlib. Kotirovkaların yükəlməsi əsasən banklar zrə müşahidə olunub ki, “Credit Suisse”in səhmləri 6,9%, “Deutsche Bank”ın səhmləri 5,2%, “Barclays”ın səhmləri 8,2% bahalaşıb.

Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 1,3170 təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR