Bank Of Baku

Neftin qiyməti 50 dollar həddini keçib

Neftin qiyməti 50 dollar həddini keçib
# 20 aprel 2009 07:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 17-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,35 dollar və ya 0,7% artaraq 1 barelə görə 50,33 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, aprelin 17-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,29 dollar artaraq 53,35 dollar təşkil edib.
Aprelin 17-də neftin bahalaşması əsasən fond bazarlarında kotirovkaların artması fonunda baş verib.
Qeyd edək ki, neftin qiyməti cari ilin əvvəlindən (35-36 dollar) daha yüksək səviyyəyə yüksəlsə də, bu əsas neft ixracatçısı olan ölkələri tam qane etmir. Nəticədə, qiymətin tarazlaşması və tənzimlənməsi üzrə müxtəlif təşəbbüslər irəli sürülür. Məsələn, Venesuela OPEC-ə neft bazarında 2005-ci ildə imtina edilmiş qiymət dəhlizi sistemini bərpa etməsini təklif edir. Dəhlizin aşağı həddi 70 dollar/barel, yuxarı həddi isə 90 dollar/barel səviyyəsində müəyyənləşdirilməsi təklif olunur.
Xatırladaq ki, qiymət dəhlizin əhəmiyyəti ondan ibarətdir ki, bazarda qiymət həmin dəhlizdən kənara çıxdıqda OPEC iştirakçıları avtomatik olaraq hasilatın azaldılması və ya artırılmasını həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR